-
- 29-03-2023, 15:20
- 277
Azərbaycanda orqan köçürülməsi üçün ən çox bu şəxslər müraciət edir
"Transplantasiyada yaş məhdudiyyəti yoxdur. Əgər orqan bağışlayan şəxs sağlamdırsa, köçürməyə heç bir əngəl yoxdur".
News24.az-ın məlumatına görə, bunu açıqlamasında Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.
O bildirib ki, transplantasiya növbəlilik prinsipi əsasında həyata keçirilir: "Əgər təcili durum yoxdursa, növbə üzrə orqan köçürməsi həyata keçirilir".
Sədrin sözlərinə görə, müraciətlərin böyük əksəriyyəti böyrək köçürməsi ilə bağlıdır: "Hazırda 200-dən çox şəxs böyrək transplatasiyasını gözləyir. Bizim ölkədə də, dünyada da ən çox müraciət məhz bununla bağlıdır. İkinci müraciət edənlərsə talassemiya xəstələridir. Hazırda növbə gözləyən 4 talassemiya xəstəsi var. Əlavə 7 nəfər də müraciət edib".
Y.Abbasova əlavə edib ki, transplatasiyanı həyata keçirəcək həkimi də xəstə özü seçə bilər.
Qumral Əliyeva