Roma Papası Fransis xəstəxanaya yerləşdirilib
    • 29-03-2023, 23:46
    • 285

Roma Papası Fransis xəstəxanaya yerləşdirilib

Roma Papası Fransis xəstəxanaya yerləşdirilib.

News24.az-ın xəbərinə görə, bu barədə Vatikan məlumat yayıb. Bildirilib ki, Papa Fransis tənəffüs yolunda yoluxucu infeksiyanın müalicəsi üçün xəstəxanada bir neçə gün yatmalı olacaq.

Həmçinin qeyd edilib ki, 86 yaşlı Papa son günlər nəfəs almaqda çətinlik çəkdiyindən şikayətlənib.

Vatikan, Papanın COVID-19 testinin neqatif olduğunu da əlavə edib.