Yeni Papadan sələfi ilə bağır çağırış: "Ağır xəstədir, dua edin..."
    • 28-12-2022, 14:22
    • 345

Yeni Papadan sələfi ilə bağır çağırış: "Ağır xəstədir, dua edin..."

Roma Papası Fransisk Vatikanda etdiyi plenar nitqinin sonunda təfərrüatlar olmadan sürpriz çağırış edib.

News24.az xəbər verir ki, Papa Fransisk sələfi, keçmiş Papa XVI Benediktin ağır xəstə olduğunu deyib.

O, insanları dua etməyə dəvət edib.

Qeyd edək ki, 95 yaşlı Benedikt Vatikan ərazisindəki monastırda yaşayır. O, 2005-ci ilin aprelindən 2013-cü ilin fevralına kimi kilsənin rəhbəri və Vatikan dövlətinin hökmdarı vəzifəsində çalışıb. Yaşının irəliləməsinin səhhətində problem yaratdığını əsas gətirərək, 600 ildən sonra istefa verən ilk Papa olub.