43 məktəbli naməlum maddədən zəhərləndi
    • 30-03-2023, 11:03
    • 122

43 məktəbli naməlum maddədən zəhərləndi

Qırğızıstanda 43 məktəbli naməlum maddədən zəhərlənib.

News24.az xəbər verir ki, bu barədə yerli KİV ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məktəblilərdən 18-i xəstəxanaya yerləşdirilib. 

Hazırda Səhiyyə Nazirliyi zəhərlənməyə hansı maddənin səbəb olduğunu müəyyənləşdirməyə çalışır.

Eyni zamanda "Sputnik Qırğızıstan" Təhsil və Elm Nazirliyindən aldığı məlumata istinadən məktəblilərin ətirdən zəhərləndiyini yazıb.

Bildirilib ki, 6-cı sinif şagirdi məktəbə ətirlə gələrək onu ətrafa çiləyib.

Bundan sonra onun sinif yoldaşlarının səhhətində ağırlaşmalar qeydə alınıb.

Onlar təcili olaraq Oş Regional Uşaq Xəstəxanasına aparılıblar. Artıq 14 tələbənin evə buraxıldığı, dördünün xəstəxanada qalacağı da bildirilib. 

Teymur MƏMMƏDOV