Ömürlük məhbus cinsiyyətini dəyişdi – Qadın həbsxanasına köçürüldü - Foto
Dünya
İsveçdə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş misirli miqrant Paul Abdelşahedin cəzaçəkmə müəssisəsində cinsiyyətini dəyişdirməsi böyük rezonansa səbəb olub.
News24.az xarici mediaya istinadən xəbər verir ki, 2 azyaşlı uşağı amansızlıqla öldürdüyünə görə ötən il həbs edilmiş şəxsin cərrahi əməliyyat keçirməsi məlum olub. Həmçinin o, həbsdə adını da dəyişdirərək Lilli adını götürüb.
Cinsiyyətini dəyişdirməsi rəsmi olaraq qeydiyyata alındıqdan sonra Abdelşahed qadınlar üçün nəzərdə tutulmuş müəssisəyə köçürülüb.
İsveç cəmiyyəti hadisəyə birmənalı yanaşmayıb. Bir çoxları onun cəzadan yayınmaq və daha yaxşı saxlanma şəraiti əldə etmək üçün bu yola əl atdığını hesab edir.
Yaşar Araz