-
- 30-03-2023, 11:05
- 456
Üzeyir Cəfərov ordumuzun yeni nəzarətə götürdüyü ərazilərin əhəmiyyətindən DANIŞDI
Xəbər veridiyimiz kimi, Azərbaycan Ordusu yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri ötən gün nəzarətə götürüb.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov News24.az-a açıqlamasında bildirib ki, həmin yüksəkliklər Azərbaycan ordusu üçün mühüm əhəmiyyət kəsb edir. Ekspert əlavə edib ki, bu, Azərbaycan ordusunun həyata keçirdiyi vacib tapşırığın tam başa çatmasıdır:
"Laçın-Xankəndi yolu artıq bir neçə müddətdir ki, istifadəyə verilib. Sadəcə o yoldan rus sülhməramlılar və ermənilər qanunsuz istifadə edirdilər, daşımalar həyata keçirirdilər. Son günlər artıq həmin ərazilərimizdə lazım olan mühəndis istehkam işləri həyata keçirilib. İki kəndin arasında olan bir neçə hakim yüksəkliklər Azərbaycan ordusunun nəzarətindədir. Əsas yardımçı yollardan artıq nə ermənilər, nə də Rusiya sülhməramlıları istifadə edə bilmirlər. Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyi lazım olan işləri görüblər. Bilirsiniz ki, yaxın həftələrdə həm Laçına, həm Zabuxa, həm də Susa bizim insanlarımız köçürülməlidir. Yəni, insanlarımızın orada rahat yaşaması və məskunlaşması üçün hakim yüksəkliklər mütləq mənada bizim nəzarətimizdə olmalı idi. Çünki, düşmən orada müəyyən təxribatlar və yaxud da müəyyən hərəkətlər həyata keçirə bilərdi.
Ona görə də, Azərbaycan Müdafiə Nazirliyi artıq bütün mühəndis istehkam işlərini həyat keçirib. Ruslar və ermənilər də bilirlər ki, iki kənd arasında olan yüksəkliklər Azərbaycan ərazisidir və bizim nəzarətimizə qayıtmalıdır. Bu, qarşısı alınmaz bir prosesdir. Ona görə heç bir yeni müqavimət və ya hər hansı bir narahatçılıq göstərmədən öz qınına çəkiliblər".
Aynurə