-
- 6-02-2019, 10:49
- 799
Evinə zərər dəyənlər sığorta ödənişi ala bilər
Fevralın 5-də ölkə ərazisində baş verən zəlzələ “sığorta hadisəsi”dir.
Bu barədə sığorta eksperti və sığorta mübahisələri üzrə mütəxəsis İlkin İbrahimov bildirib.
O, deyib ki, ölkəmizdə təbii fəlakətlərlə bağlı yəni zəlzələ, sel, yer sürüşməsi, tufan və.s. hallarla bağlı daşınmaz əmlakın icbari sığorta növü üzrə sığorta məhsulunda qeyd olunub: “Belə hallarda ilk növbədə sığortanın tələbi əvvəldən əmlakı sığortalamaqdır.
Yəni riski əvvəldən görüb müəyyən edilmiş məbləği ödəməklə müqaviləni əldə etmək lazımdır. Bu tariflər diferensial bölünüb.
Bakıda 50 manat ödəməklə 250 manat azadolma çıxılmaqla 24750 manat ödəniş, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat ödəməklə 200 manat azadolma çıxılmaqla 19800 manat, və digər bölgələr üçün 30 manat ödəməklə, 150 manat azadolma çıxılmaqla 14850 manat sığorta kompensasiyası almaq mümkündür”.
Ekspert bildirib ki, dövlət inzibati binaları və ya əmlakları (icra orqanlarının binaları, məktəb və səhiyyə orqanlarının binaları və.s.), dövlət büdcəsindən, aztəminatlı sosial yardım alan şəxslər də eyni qayda olaraq dövlət büdcəsindən maliyyələşir: “Yəni ölkədə daşınmaz əmlakın çıxarışı olan bütün əmlaklar sığortalanır. Etməyənlər cəzalanmalıdır.
Lakin cəza mexanizmi inzibati Xətalar Məcəlləsində nəzərdə tutulub, icra mexanizmi yoxdur. Digər tərəfdən əhali sığorta məhsullarına az maraq göstərir. Bunun ən başlıca səbəbi coğrafiya institutudur. Hər gün məsələn yağış nə qədər yağıb, zəlzələ hansı rayonda olub bu məsələlər ödənişlidir və gün hesabı nəzərdə tutulur.
36.60 qəpik hər gün üçün informasiya almağa pul xərclənməlidir. Digər tərəfdən sığorta şirkətləri də belə hallardan istifadə edərək ödənişi verməkdən aylarla uzadır. Əlavə olaraq dövlət də sığortası olmayan əmlaklarla bağlı FHN vasitəsilə ödəniş etmək məcburiyyətində qalır”.
//Bizimyol