-
- Dünən, 22:45
- 117
Volkan Demirel Şenol Güneşlə görüşməkdən İMTİNA ETDİ
Türkiyə Super Liqasının XVII turu davam edir.
Apasport.az xəbər verir ki, “Trabzonspor” - “Bodrum” matçında qalmaqal baş verib.
Belə ki, qonaqların baş məşqçisi Volkan Demirel Şenol Güneşlə görüşməkdən imtina edib.
O, həmkarının əlini sıxmayıb və üzünə baxmadan skamyadakı yerinə keçib.
Buna səbəb Güneşin ötən ilki açıqlaması olub. O, “Beşiktaş”ı çalışdırarkən verdiyi müsahibədə “Hatayspor” və “Qaziantep” barədə danışıb:
“Sizdən soruşuram, “Hatayspor” və “Qaziantep” liqada var, ya yox? Var görünür. Hansısa rəsmi açıqlama görmüsüz? Məşqlərə çıxırlar. Harda çalışdıqlarını bilirsiz? Mən bilirəm. Toplanışı Rivada keçirlər. Bunu ötən mövsüm də edə bilməzdilər? Niyə bunları deməkdən çəkinirsiz?”.
Onun bu sözlərinə Demirelin cavabı gecikməyib:
“Zəlzələdən sonra oynaya bilməzdik. Həmin gün bir futbolçumu və idman direktorumu itirdim. 4 məşqçim, 5 oyunçum dağıntıların altında qaldı. Liqaya fasilə verdi. Çempionat yenidən başlayanda mən meyit axtarırdım”.