Mexikoda leysan 5 nəfərin həyatına son qoyub
    • 30-03-2023, 23:59
    • 172

Mexikoda leysan 5 nəfərin həyatına son qoyub

Meksikanın paytaxtı Mexikoda şiddətli yağış sel əmələ gətirib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, fırtına ilə müşahidə edilən yağış bir sıra fəsadlara yol açıb. Bəzi ərazilərdə torpaq sürüşməsi baş verib.

Təbiət hadisəsi 5 nəfərin həyatına son qoyub. Ölənlərdən ikisi torpaq altında qalıb.

Hidrometeroloqlar narıncı hava xəbərdarlığı elan ediblər.