-
- 14-03-2023, 08:11
- 265
“Freddi” qasırğası 99 nəfərin həyatına son qoydu - Çox sayda itkin var
Malavidə “Freddi” qasırğası azı 99 nəfərin həyatına son qoyub.
News24.az xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Administrasiyasının direktoru Çarlz Kalemba yerli mediaya açıqlamasında deyib.
O bildirib ki, təbii fəlakət zamanı çox sayda insan itkin düşüb.
Fırtına nəticəsində 134 nəfərin yaralandığını qeyd edən Kalemba, ölənlərdən 85-nin Blantir şəhərindən olduğunu bildirib.
Blantir şəhərində güclü külək və yağışın yaratdığı daşqınlar nəticəsində onlarla evə ziyan dəyib.
Bundan əlavə, sel və daşqınlar səbəbindən şəhərin bəzi ərazilərinə girişin mümkün olmadığı bildirilib. /Anadolu Ajansı/
Teymur MƏMMƏDOV