Naxçıvandakı dəhşətli hadisədən 1 il ötdü – 4 nəfər ölmüşdü
    • 31-03-2023, 14:35
    • 257

Naxçıvandakı dəhşətli hadisədən 1 il ötdü – 4 nəfər ölmüşdü

Bu gün Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində məktəbdə inşaat işi aparılarkən baş vermiş dəhşətli uçqun hadisənin ildönümüdür.

News24.az xatırladır ki, Nehrəm kənd 3 saylı tam orta məktəbdə aparılan yenidənqurma işləri zamanı 31 mart 2022-ci il tarixdə binanın bir hissəsinin çökməsi nəticəsində dörd nəfər şəxsin ölməsi, bir nəfərin isə xəsarət alması faktı ilə bağlı açılan cinayət işinin instintaqı davam edir.

Hazırda Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Cinayət Məcəlləsinin 222.4-cü (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi davam etdirilir.

Qeyd edək ki, hadisə 31 mart 2022-ci il tarixdə səhər saatlarında olub. Uçqun nəticəsində Nehrəm kəndinin sakini olan 4 nəfər faciəli şəkildə həlak olub, 1 nəfər isə yaralanıb. Faciə nəticəsində həlak olanlar:

İbrahim Xəlil oğlu Məhərrəmov 
Həsən Abbasəli oğlu Əliyev
Asəf İsmayıl oğlu Rüstəmov 
Qadir Nizami oğlu Süleymanov