Ermənistan Laçın yolundakı silahlı qüvvələrini çıxarır — Nə baş verir?
    • 31-03-2023, 17:44
    • 524

Ermənistan Laçın yolundakı silahlı qüvvələrini çıxarır — Nə baş verir?

"Laçın yolunun Ermənistan sərhəddində sərhəd qoşunlarının dayanması istər Azərbaycan, istər də Ermənistan tərəfi üçün ən məqbul variantdır. Əslində, bu, normal praktikadır və hər yerdə belədir".

Bu fikirləri News24.az-a açıqlamasında politoloq Azər Qasımov Ermənistanın Laçın yolu istiqamətindəki (öz ərazisində) silahlı qüvvələrini sərhəd qoşunları ilə əvəzləməsi məsələsinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, əgər sülh müqaviləsi Azərbaycan-Ermənistan arasında bağlanacaqsa, o zaman bütün sərhəd boyu keçid məntəqələri açılacaq:

"Sərhəd məntəqələrinin qurulması indiki mərhələdə prosesin mahiyyətində bəzi dəqiqləşmələrin aparılmasına kömək ola bilər. Tərəflər gələcəkdə yolun həm Laçın, həm də Zəngəzur istiqamətində hansı prinsip üzrə olacağını müəyyənləşdirər, çünki ortada dəhliz məsələsi də mövcuddur. Bu əsas Azərbaycanın tələbidir. Belə halda maneəsiz, yəni sərhəd məntəqəsiz keçiddən söhbət gedirdi. Hesab edirəm ki, bütün hallarda prosesə başlamaq üçün hansısa addımlar atılmalıdır".


Aynurə