-
- 6-02-2019, 13:53
- 814
İsmayıllı rayonu ərazisində baş verən zəlzələ nəticəsində böyük uçqun qeydə alınmayıb
Prezident İlham Əliyev ötən gecə İsmayıllı rayonu ərazisində qeydə alınan zəlzələnin fəsadlarının araşdırılması və aradan qaldırılması ilə bağlı tapşırıq verib.
Zəlzələ nəticəsində heç bir evdə böyük uçqun qeydə alınmayıb.
Fevralın 5-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınan zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub. Zəlzələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin “112” Çağrı Mərkəzinə 4 rayon üzrə 73 müraciət daxil olub. Heç bir evdə böyük uçqun qeydə alınmayıb. Yalnız evlərin divarlarında, yəni içəridən və çöldən çatlar və dağıntılar olub. Əvvəlcədən qəzalı vəziyyətdə olan evlərdəki çatlar böyüyüb. İsmayıllıda 1, Şamaxıda isə 4 məktəbdə çatlar əmələ gəlib. Sakinlərə vaxtında kömək edilib və lazımi yerlərdə yerləşdirməyə şərait yaradılıb.
Zəlzələnin fəsadlarının araşdırılması və aradan qaldırılması ilə bağlı aidiyyatı dövlət qurumlarının rəsmiləri və mütəxəssislər bölgəyə gediblər. Qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdirilir. Evlərin təmir bərpa işlərinin aparılması üçün dövlət tərəfindən yardım olunacaq.
Hadisə ilə əlaqədar tibbi yardıma 30 müraciət daxil olub. Xəsarət alanlara lazımi yardım göstərilib.
Zəlzələnin sürüşmə sahələrinə təsirini öyrənmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət işçi qrup yaradılıb. Monitorinq və müşahidələr aparmaq üçün işçi qrupun üzvləri həmin rayonlara ezam olunub.
//AzTV