Şimali Qafqazda zəlzələ oldu
    • 1-04-2023, 19:25
    • 309

Şimali Qafqazda zəlzələ oldu

Rusiyanın Şimali Qafqaz bölgəsində yerləşən Stavropol diyarının mərkəzi Pyatiqorskdan 99 km məsafədə 4,3 maqnitudalı zəlzələ olub.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar saat 18:03-də 15 km dərinlikdə qeydə alınıb.

Yerli KİV-dəki məlumata görə, yeraltı təkanlar Kislovodsk, Georgiyevsk, Yessentuki və Mineralnıye Vodıda hiss olunub. /Report/