İranda hicab taxmaqdan imtina edən tibb bacısını cəzalandırdılar - FOTO
    • 1-04-2023, 19:29
    • 302

İranda hicab taxmaqdan imtina edən tibb bacısını cəzalandırdılar - FOTO

İranın Qum şəhərində bankda hicab tələbinə tabe olmayan tibb bacısı həbs və şallaq cəzasına məhkum edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, Məryəm Bənirəzi adlı xanım “hicabını açmaq” və “ictimai asayişi pozmaq” ittihamı ilə 8 ay 10 gün müddətinə azadlıqdan məhrumetməyə və 74 şallaq cəzasına məhkum edilib.

Məhkəmə, həmçinin ona iki il müddətinə dövlət qulluğunda çalışmağı qadağan edib.