-
- Bu gün, 07:20
- 1 284
5,8 bal gücündə zəlzələ baş verdi
Argentinanın şimal-qərbindəki Katamarka əyalətində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə yeraltı təkanların episentri 14,5 minə yaxın insanın yaşadığı Tinoqasta şəhərindən 46 km cənub-şərqdə olub.
Zəlzələnin hiposentri yerin 131 km dərinliyində olub.
İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.