Misir və Suriya diplomatik münasibətləri bərpa edir
    • 2-04-2023, 09:40
    • 291

Misir və Suriya diplomatik münasibətləri bərpa edir

Suriya və Misir hakimiyyətləri on ildən çox fasilədən sonra diplomatik münasibətlərin tam bərpası ilə bağlı ilkin danışıqlara başlayıb.

Bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Bildirilib ki, Misir və Suriya prezidentləri Əbdülfəttah əs-Sisi və Bəşər Əsəd apreldə, Ramazan ayının sonunda görüşə bilərlər.

Noyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə münasibətlərin yaxın gələcəkdə normallaşacağını istisna etmədiyini bildirmişdi. /Teleqraf.com/