Bəşər Əsəddən Ərdoğanla görüş üçün şərt
    • 13-01-2023, 09:29
    • 353

Bəşər Əsəddən Ərdoğanla görüş üçün şərt

Türkiyə ilə Suriya arasında 11 ildən sonra baş tutan ilk təmasın ardından ikinci mərhələyə keçməsi planlaşdırılan danışıqlarla bağlı Suriya prezidenti Bəşər Əsəd açıqlama edib.

News24.az xəbər verir ki, Bəşər Əsəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün şərt irəli sürüb.

O, Suriyanın şimalındakı əməliyyatlara son qoymasını tələb edib: "Bu cür danışıqların məhsuldar olması, Dəməşqin gözlədiyi konkret hədəflərə çatması üçün Rusiya ilə Suriya arasında əvvəlcədən koordinasiya və planlama aparılaraq hazırlanmalıdır". //Haberler.com

Teymur MƏMMƏDOV