Məktəbli qızlar kimyəvi qazdan ZƏHƏRLƏNDİ
    • 3-04-2023, 16:00
    • 197

Məktəbli qızlar kimyəvi qazdan ZƏHƏRLƏNDİ

Sulduz rayonunun Məmmədyar şəhərində məktəbli qızlar bu gün səhər saatlarında kimyəvi qazdan zəhərlənib.

News24.az xəbər verir ki, bu barədə Axar.az-a Güney Azərbaycanda yaşayan milli fəal Sürgün Günəş məlumat verib.

Onun sözlərinə görə, hadisə şəhərin “22 Bəhmən” məktəbində baş verib. Zəhərlənənlər arasında ölüm qeydə alınmayıb. Lakin bir neçə azyaşlının vəziyyəti kritik olaraq qiymətləndirilir.

Onların sayı təhlükəsizlik qüvvələri tərəfindən gizli saxlanır. Ailələrinə isə zəhərlənmə hadisəsi ilə bağlı məlumat vermək qadağan edilib.