Gəncədə yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlər üçün çoxmənzilli bina tikiləcək

Gəncədə yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlər üçün çoxmənzilli bina tikiləcək Sosial
Prezident İlham Əliyev Gəncə şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

News24.az xəbər verir ki, sərəncam 2018-ci il noyabrın 20-də Gəncə şəhərində dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır. 

Sərəncamla Gəncə şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə yeni çoxmənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3,7 milyon manat ayrılıb.