İngiltərə Premyer Liqasında baş məşqçi dəyişikliyi rekordu qırıldı
    • 4-04-2023, 10:36
    • 155

İngiltərə Premyer Liqasında baş məşqçi dəyişikliyi rekordu qırıldı

Avropanın ən prestijli futbol liqası sayılan İngiltərə Premyer Liqası bu dəfə mənfi rekordla gündəmə gəlib.

News24.az xəbər verir ki, Almaniyanın “Transfermarkt” saytının məlumatına görə, Premyer Liqada iştirak edən komandalar bu mövsüm 13 dəfə məşqçi dəyişikliyi edərək, bu sahədə liqa rekordunu qırıblar.

Bu mövsüm İngiltərə Premyer Liqasını tərk edən məşqçilər və onların klubları aşağıdakılardır:

1- Skot Parker (Bornmut): 30 avqust 2022

2- Tomas Tuxel (Çelsi): 7 sentyabr 2022

3- Qraham Potter (Brighton & Hove Albion): 7 sentyabr 2022-ci il

4- Bruno Lage (Vulverhempton Uonderers): 2 oktyabr 2022

5- Stiven Cerrard (Aston Villa): 20 oktyabr 2022

6- Ralf Hasenhuttl (Sauthempton): 7 Noyabr 2022

7- Frank Lempard (Everton): 23 yanvar 2023

8- Jesse Marsch (Lids United): 6 fevral 2023

9- Natan Cones (Sauthempton): 12 fevral 2023-cü il

10- Patrik Vieira (Kristal Palas): 17 Mart 2023

11- Antonio Konte (Tottenhem): 26 mart 2023

12- Brendan Rocers (Lester Siti): 2 aprel 2023

13- Qraham Potter (Çelsi): 2 aprel 2023-cü il