Premyer Liqa bərpa oluna bilər RƏSMİ
    • 1-05-2020, 20:20
    • 747

Premyer Liqa bərpa oluna bilər RƏSMİ

Futbol üzrə İngiltərə Premyer Liqasının klubları yerli hökumət razılıq verəcəyi təqdirdə çempionatın qalan oyunlarını keçirmək niyyətindədirlər.

News24.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytının yaydığı açıqlamada bildirilib. Məlumatda qeyd olunub ki, komandalar idman prinsiplərini qorumaq məqsədilə çempionatın başa çatdırılmasını istəyirlər.

Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən təxirə salınıb.