Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmə ilə bağlı YENİ AÇIQLAMA
    • 4-04-2023, 17:07
    • 271

Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmə ilə bağlı YENİ AÇIQLAMA

Bir neçə gün əvvəl 3 saylı uşaq evindən davranış pozuntuları olan yeniyetmə polis müşayiəti ilə Respublika Psixiatriya Xəstəxanasına gətirilib.

Xəstəxanadan News24.az-a verilən xəbərə görə, bununla əlaqədar olaraq Azərbaycan Respublikasının “Psixiatriya yardımı haqqında” Qanununa əsasən o xəstəxananın yeniyetmə şöbəsinə yerləşdirilib. Hazırda aparılan stasionar müalicə nəticəsində yeniyetmənin psixi vəziyyəti stabilləşir.

Mütəxəssislər tərəfindən yeniyetmənin psixi durumundakı stabilləşmənin tam möhkəmləndirilməsi üçün 2-3 gün müvafiq müalicənin davam edilməsinə qərar verilib. Stasionar müalicə kursu başa çatdıqdan sonra o, evə ambulator müalicəyə qardaşının himayəsinə veriləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Xətai rayonu, 3 saylı uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyev video paylaşaraq uşaq evinə gətirilən ərzaqların onlara verilmədiyini iddia edib. Daha sonra o, qardaşının razılığı ilə Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri, Xətai rayonu,3 saylı uşaq evinin yeniyetmə sakini barədə sosial şəbəkələrdə yayılan məlumata dair açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyi, eləcə də M.Hacıyevin həkimi ilə mövcud vəziyyət və diaqnoz barədə müvafiq danışıqlar aparılıb:

"Bununla yanaşı M.Hacıyevin qardaşı Əli Hacıyev Komitəyə dəvət olunaraq məsələ ilə bağlı, eləcə də, Ə.Hacıyevin də vaxtilə həmin müəssisənin məzunu olduğu nəzərə alınaraq müsəssisənin fəaliyyəti barədə söhbətlər aparılıb.

Məlumat üçün bildiririk ki, 3 saylı uşaq evinin yeniyetmə sakini öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib və hazırda müalicə alır.

Klinikaya yatırılması haqqında qərar hər iki qohumunun onun psixi vəziyyəti ilə bağlı fikirləri, tibb kitabcasındakı müalicə tarixcəsi, həmçinin müvafiq sahənin mütəxəssisi tərəfindən ( kənardan dəvət olunmuş ) yeniyetmənin özünün yoxlanılmasından sonra , qısa müddətli müalicə alması üçün verilib.

Müalicədən sonra yeniyetmənin qardaşı onu öz himayəsinə götürməsi ilə bağlı müraciət edəcəyini bildirilib.

Vaxtilə uşağı himayəyə götürən ailə və 3 saylı uşaq evi ilə əlaqə saxlanılaraq mövzu barədə söhbət aparılıb".

Məlumatda qeyd edilib ki, mövzunun həssaslığı nəzərə alınmaqla konfidensiallığın qorunması məqsədilə ictimaiyyətin məlumatlandırılmasında müəyyən məhdudiyyətlərin tətbiq edilməsi zəruridir.

#
Aləmdə Nəsib