Bakıda psixiatriya xəstəxanasında DƏHŞƏT
    • 15-07-2019, 16:19
    • 1 059

Bakıda psixiatriya xəstəxanasında DƏHŞƏT

Bakıda psixiatriya xəstəxanasında müalicə olunan 29 yaşlı kişi intihar edib. 

News24.az- xəbər verir ki, hadisə Səhiyyə Nazirliyinin Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya xəstəxanasında qeydə alınıb.

Orada müalicə olunan Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü Vasif Həsənov özünü palatanın pəncərəsinin dəmir barmaqlıqlarından asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.(Report)