-
- 20-07-2022, 14:04
- 458
Nabranda istirahət mərkəzində 5 nəfər ZƏHƏRLƏNDİ - YENİLƏNİB
Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib, 6 şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir.
Bu barədə Baş Prokurorluqdan News24.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, xəstələrin vəziyyətləri normal qiymətləndirilir.
Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilmişdir.
***
12:44
Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.
TƏBİB-dən News24.az-a bildirilib ki, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar.
11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onların zəruri tibbi xidmət göstərilir.