Nadirdən yaşlı sənətçilərə: "Qələtləriniz indikilərdən çoxdur" - VİDEO
    • 7-02-2019, 12:38
    • 698

Nadirdən yaşlı sənətçilərə: "Qələtləriniz indikilərdən çoxdur" - VİDEO

Müğənni Nadir Qafarzadə prodüser Tarix Əliyevin “YouTube”da yeni başlatdığı  “Tarix Əliyevlə tam səmimi” layihəsinin ilk qonağı olub.

News24.az xəbər verir ki, müxtəlif mövzular ətrafında söhbət edən məşhurlar yaşlı sənətçilərin gəncləri tənqid etməsi, onları bəyənməməsi məqamlarına da toxunub.

Məsələ ilə bağlı sərt danışan Nadir qafarzadə bunları deyib:

“Həmin o yaşlı nümayəndələr aydan arı, sudan durudurlar? Əstağfurullah Müqəddəs Məryəm və ya Fatimeyi Zəhra deyillərki. Hamısının günahı olub. Onların günahı bunlardan da çox olub. Sadəcə sovet vaxtı olduğu üçün hamısı pərdə arxasında qalıb. Onların çıxdığı ağaçın budaq budaq çıxıb silkələdiyi ağacları biz bilirik. Elə onların öz yaşıdları bizə hamısını danışıb. Açıb hamısını danışsaq, gərək ümumiyyətlə Azərbaycandan köçüb getsinlər. Ona görə də susub otursunlar. Sizin etdiyiniz günah və qələtləriniz indikilərdən çoxdur.  Bilirsiniz ki, qələt ərəb dilində səhv deməkdir.

Sadəcə bu yazıqların zibillərinin üstünü açan “İnstagram” və “Facebook”dur”.

Teymur MƏMMƏDOV