Nadir Qafarzadə Qoqolu "Google"la səhv saldı - VİDEO
    • 11-06-2019, 16:12
    • 1 199

Nadir Qafarzadə Qoqolu "Google"la səhv saldı - VİDEO

Müğənni Nadir Qafarzadə insanları hansı halda daha yaxşı tanımağın yollarını açıqlayıb.

News24.az xəbər verir ki, ifaçı birini yaxından tanımaq, xasiyyətinə bələd olmaq üçün onun dinlədiyi musiqidən xəbərdar olmağın vacibliyini bildirib: “Ən azından Azərbaycan ədəbiyyatı, poeziyasından, tarixindən xəbərdar olmalıdır. Dünya ədəbiyyatından Dostoyevski, Şekspiri bilməlidir”.

Lakin, Nadir Qafarzadə Rusiya ədəbiyyatının görkəmli nümayəndəsi  Nikolay Vasilyeviç Qoqolun adını çəkərkən onu “Google” axtarış sistemi ilə səhv salaraq "Ququl" deyib.