Elçibəyin oğul nəvəsi dünyaya gəlib? – XƏBƏR VAR: adını da...
    • 5-04-2023, 18:37
    • 267

Elçibəyin oğul nəvəsi dünyaya gəlib? – XƏBƏR VAR: adını da...

Mərhum Prezident Əbülfəz Əliyevin ailəsindən xəbər var. 

News24.az xəbər verir ki, bununla bağlı “Sherg.az”a Elçibəyin qaynı Mirmövsüm Mahmudov açıqlama verib. 

O bildirib ki, Bəyin 2021-ci ildə ailə quran oğlu Ərturqut Əliyevin övladı dünyaya gələcək:

“Elçibəyin qızı Türkiyədədir. Oğlu da Bakıda yaşayır, işi də, evi də həminkidir. Föqəladə Hallar Nazirliyində çalışır. Hələ oğul nəvəsi dünyaya gəlməyib, inşallah bu yaxınlarda olacaq. Görək də, 3-4 aydır, danışmıram. Bəlkə yeni nəsə xəbər var. Amma olmalıdır”.

Qeyd edək ki, Ərturqut atasının silahdaşı, qohumu Mirhadı Yusiflinin qızı Aytək Yusifli ilə ailə qurub.