Ruhanilər 600 uşağı cinsi istismar etdi
    • 6-04-2023, 10:22
    • 185

Ruhanilər 600 uşağı cinsi istismar etdi

Amerikanın Baltimor şəhərinin ruhaniləri 600-dən çox uşağa qarşı cinsi zorakılıqda ittiham edilib.

News24.az xəbər verir ki, bu barədə məlumat Merilend ştatının baş prokuroru Entoni Braunun hesabatında yer alıb.

İstintaqın nəticələri göstəririb ki, cinayətlər 1940-cı illərdən 2002-ci ilə qədər törədilib.

Siyahıya ümumilikdə 156 müttəhimin adı daxil edilib. Onlardan bəziləri gizli saxlanılıb. 

Təqsirləndirilənlər arasında din xadimlərinin nümayəndələri çoxluq təşkil edir. Baltimor arxiyeparxiyasının digər üzvləri də siyahıda olub.

Şəhərin arxiyepiskopu Uilyam Lori sənədə reaksiya verib.

O, hesabatda göstərilən sui-istifadələrə görə üzr istəyib. Lori həmçinin vurğulayıb ki, nəticələr arxeparxiya tarixində “gizlənə bilməyən və ya unudula bilməyən” qınana bilən bir dövrü təsvir edir. /Ren Tv/