İrandan Azərbaycana gətirilən narkotikin həcmi 9 dəfə artıb
    • 7-04-2023, 16:01
    • 175

İrandan Azərbaycana gətirilən narkotikin həcmi 9 dəfə artıb

Son 5 ildə İran İslam Respublikasından Azərbaycana gətirilən narkotik vasitələrin həcmi 9 dəfə artıb.

News24.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işi üzrə müavini, general-leytenant Firuz Şirinzadə deyib.

O bildirib ki, 2018-ci ildə 144,8 kq, 2022-ci ildə isə 1 ton 302 kq narkotik vasitə İİR ilə dövlət sərhədindən qanunsuz yolla gətirilərkən DSX tərəfindən aşkarlanıb:

"Son 5 ildə narkotik qaçaqmalçılığına görə 55 İran vətəndaşı saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub".