Bayden Rusiyaya qarşı olan sərəncamın müddətini uzatdı
    • 7-04-2023, 23:17
    • 259

Bayden Rusiyaya qarşı olan sərəncamın müddətini uzatdı

ABŞ Prezidenti Cozef Bayden Rusiyaya qarşı olan sərəncamın müddətini bir il uzadıb.

News24.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Sənəddə Rusiyadan olan fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq etmək nəzərdə tutulur.

“Rusiya hökumətinin zərərli fəaliyyəti ABŞ-nin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün ifrat təhlükə yaratmaqda davam edir”, - deyə sənəddə bildirilir.