ABŞ Rusiyaya silah tədarük edənlərə qarşı sanksiya tətbiq edəcək
    • 15-10-2022, 01:24
    • 433

ABŞ Rusiyaya silah tədarük edənlərə qarşı sanksiya tətbiq edəcək

ABŞ Rusiyaya silah-sursat verən və ya onun hərbi-sənaye kompleksini dəstəkləyən şəxslərə, ölkələrə və şirkətlərə qarşı sanksiyalar tətbiq edəcək.

Bu barədə ABŞ maliyyə nazirinin müavini Volli Adeyemo 32 ölkənin nümayəndələri ilə Rusiyaya qarşı sanksiyalar məsələsi ilə bağlı görüşdə danışıb.

İlk dəfə keçirilən bu tədbirdə Aİ, Kanada və Cənubi Koreyanın nümayəndələri iştirak ediblər.

“Bu səhər nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiyaya sursat verən və ya Rusiya hərbi-sənaye kompleksini dəstəkləyən şəxslərə, şirkətlərə və ya ölkələrə qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu açıq şəkildə ifadə edən təlimat verib”, - deyə Adeyemo bildirib./“Report”/
/