Bayden Suriyaya qarşı sanksiyaların müddətini uzatdı
    • 7-05-2021, 13:35
    • 560

Bayden Suriyaya qarşı sanksiyaların müddətini uzatdı

ABŞ prezidenti Co Bayden Suriyaya qarşı birtərəfli sanksiya rejimini bir il uzadıb.

News24.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sanksiya Vaşinqtonun 2004-2012-ci illərdə Dəməşqə qarşı tətbiq etdiyi müxtəlif məhdudlaşdırıcı tədbirlərin qüvvədə qalmasından ibarətdir. Buraya ABŞ-ın müəyyən fiziki və hüquqi şəxslərin səlahiyyətində olan aktivlərin bloklanmasını, bəzi ABŞ mal və xidmətlərinin Suriyaya ixracının qadağan edilməsi daxildir. 

Suriya rejiminin hərəkətlərinin milli təhlükəsizlik, xarici siyasət və ABŞ iqtisadiyyatı üçün həddən artıq bir təhlükəli olduğu vurğulanıb.