Bakıda tikilməkdə olan yaşayış kompleksində ölüm
    • 8-04-2023, 12:37
    • 220

Bakıda tikilməkdə olan yaşayış kompleksində ölüm

Bakıda yeni tikilən binada bədbəxt hadisə baş verib.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən saat 14 radələrində Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində inşa edilən “Baku Residence” yaşayış kompleksində baş verib.

Orada usta işləyən 1972-ci il təvəllüdlü Məcnun Bayramov 20-ci mərtəbədən yıxılıb. M.Bayramov hadisə yerində vəfat edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.