Bakıda yeni tikilən 20 mərtəbəli binada faciə - ÖLƏN VAR
    • 7-12-2018, 17:46
    • 1 553

Bakıda yeni tikilən 20 mərtəbəli binada faciə - ÖLƏN VAR

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Xətai rayonu ərazisində - Zığ yolu küçəsi 8 ünvanında tikilən 20 mərtəbəli "Skyland" yaşayış binasında işləyən fəhlə hümdürlükdən yıxılıb.
 
Belə ki, 12-ci mərtəbədə yük boşaldılması zamanı müvazinətini itirən 1963-cü il təvəllüdlü Süleymanov İlham Həsən oğlu yıxılaraq 3-cü mərtəbədəki meydançanın üstünə düşüb. O, hadisə yerindəcə keçinib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

//Pulika.az