"Qarabağ"ın dünya reytinqindəki mövqeyi dəyişməyib
    • 10-04-2023, 10:18
    • 221

"Qarabağ"ın dünya reytinqindəki mövqeyi dəyişməyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

News24.az xəbər verir ki, 306 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.

"Köhlən atlar"ın mövqeyi ötən ayla müqayisədə dəyişməz qalıb. Ölkə çempionu 149 xalla 62-ci pillədə qərarlaşıb.

Ağdamlılar Avropa təmsilçiləri arasında 39-cu, postsovet məkanında 1-cidir.

Türkiyə komandalarından "Fənərbağça" 173 xalla 32-ci, "Başakşehir" 130,5 xalla 87-ci, "Trabzonspor" 108,5 xalla 121-ci, "Sivasspor" 94 xalla 155-ci, "Qalatasaray" 76,5 xalla 226-cı, "Beşiktaş" isə 67,5 xalla 288-cidir.

İlk "3-lük"də müvafiq olaraq "Flamenqo" (Braziliya – 327 xal), "Real Madrid" (İspaniya - 298) və "Mançester Siti" (İngiltərə - 254) qərarlaşıb./report/