Azərbaycanda əmək müqavilələrinin sayı AÇIQLANDI
    • 10-04-2023, 10:33
    • 166

Azərbaycanda əmək müqavilələrinin sayı AÇIQLANDI

Bu il aprelin 1-nə Azərbaycanda 1 milyon 755,8 min əmək müqaviləsi olub.

News24.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 353,9 min ədəd və yaxud 25,2 % çoxdur.

"Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 298,1 min vahid və yaxud 55,2 % artaraq 838 min təşkil edib", - deyə məlumatda qeyd olunub.