Prezident və birinci xanım Azərpaşa Nemətovla vida mərasiminə əklil GÖNDƏRDİ
    • 10-04-2023, 12:59
    • 332

Prezident və birinci xanım Azərpaşa Nemətovla vida mərasiminə əklil GÖNDƏRDİ

Hazırda Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azərpaşa Nemətovla vida mərasimi keçirilir.

News24.az xəbər verir ki,  vida mərasimində mərhumun yaxınları, qohumları iştirak edir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndərib.

Xatırladaq ki, Azərpaşa Nemətov 76 yaşında vəfat edib. O, bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qumral ƏLİYEVA