-
- Bu gün, 12:05
- 85
Rublun devalvasiyası davam edəcək
2024-cü ildə rubl dollar qarşısında 11% ucuzlaşıb. Rusiya valyutasının devalvasiyası bu il də davam edəcək,
News24.az Forbes-ə istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankı xarici valyuta aktivlərinə investisiyaların həcmini 2022-ci ildən indiyədək azalmayıb və hətta artırmaqda davam edir.
2023-cü ildə rubl dollara nisbətdə 26% devalvasiyaya uğrayıb.
Rusiya Mərkəzi Bankın məlumatına görə, 2024-cü ilin yanvar-oktyabr aylarında 29 ixracatçı şirkət valyuta aktivlərinin orta hesabla 90%-ni satıb.
Proqnozlara əsasən, bu ilin birinci rübündə bir dollar 102 rubldan, dördüncü rübdəisə 111 rubldan realizə ediləcək.
Qeyd edək ki, Rusiya rəsmilərinin və maliyyə orqanlarının dünya valyutalarından imtina ilə bağlı çağırışlarına baxmayaraq, ev təsərrüfatları valyuta aktivlərindən imtina etməyiblər. Əmanətlərin əhəmiyyətli bir hissəsini hələ də xarici valyutada - dollar və avroda saxlanılır.Düzdür, son illər rubl depozitləri eksponensial şəkildə artıb. Bu da qismən Mərkəzi Bankın əsas faiz dərəcəsini 21%-ə qaldırması və Qərbin sanksiyaları nəticəsində Rusiya kapitalının daxildə sıxışdırılmasından qaynaqlanır./Teleqraf.com