Lökbatanda kitabxanadan oğurluq edildi
    • 10-04-2023, 13:17
    • 149

Lökbatanda kitabxanadan oğurluq edildi

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən kitabxanaların birindən qeyri-aşkar şəraitdə kompüter, printer və noutbuk oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən News24.az-a verilən məlumata görə, Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Xəyyam İsrafilov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.