Xırdalanda parkdan 3 min manatlıq oğurluq edildi
    • 10-04-2023, 14:00
    • 214

Xırdalanda parkdan 3 min manatlıq oğurluq edildi

Xırdalan şəhəri ərazisində yerləşən parkların birindən 3000 manat dəyərində oturacaq və idman alətinin oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən News24.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Sənan Talıbov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.