-
- 10-04-2023, 13:26
- 1 120
Rasim Balayev: “İnsanları əvəz etmək olmur, böyük dostumu itirdim”
“1965-ci ildə eyni universitetə qəbul olmuşuq. O rejissorluq, mən isə aktyorluq üzrə təhsil alırdım. 58 il yaxın dost olmuşuq. Çox gözəl rejissor idi, sənətkar ailəsində böyümüşdü”.
Bunu News24.az-a açıqlamasında Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azərpaşa Nemətovla vida mərasimində xalq artisti Rasim Balayev deyib.
Xalq artisti bildirib ki, sonuncu dəfə martın 10-da görüşüblər: “Mənə medal verdi, görüşdük. Onun da ayağında ağrılar var idi. Eyni ağrıları mən də yaşayıram. Bir-birimizə təsklinlik verirdik. Azərpaşa Nemətovun bu həyatdan köçməsi Azərbaycan mədəniyyəti, incəsənəti, teatrı üçün çox böyük itkidir. İnsanları əvəz etmək olmur. Böyük dost itirdim. İtirə-itirə gedirik. Allah rəhmət eləsin”.
Müxbir: Qumral Əliyeva
Foto: Nicat Niftəliyev