"Onun haqqında danışanda kövrəlməmək mümkün deyil" - Azərpaşa Nemətov
    • 18-04-2021, 12:50
    • 488

"Onun haqqında danışanda kövrəlməmək mümkün deyil" - Azərpaşa Nemətov

“Mənim üçün çox ağır itkidir. O, Azərbaycan mədəniyyətinin, incəsənətinin, kinosunun dahi sənətkarkarından idi”.

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Azərpaşa Nemətov mərhum rejissor Eldar Quliyevin vida mərasimində deyib. O, bildirib ki, mərhumla çox yaxşı dost olublar: “Müəllimimizi, dostumuzu, qardaşımızı, sənətkarımızı itirdik. O, böyük Tofiq Quliyevin davamçısı idi. Çəkdiyi filmləri ilə Azərbaycan kinosunu zirvələrə daşıyıb. Çox ağır itkidir. Biz uşaqlıqdan yaxın dost olmuşuq, ona görə də onun haqqında danışanda kövrəlməmək mümkün deyil”.

Sevda Bayramova