Qar uçqunu - 5 NƏFƏR ÖLDÜ
    • 10-04-2023, 13:37
    • 195

Qar uçqunu - 5 NƏFƏR ÖLDÜ

Fransanın Alp dağlarında qar uçqunu nəticəsində azı 5 nəfər ölüb.

News24.az xəbər verir ki, bu barədə bölgə jandarmının komandiri Bertran Ost məlumat verib.

"Biz rəqəmsal vasitələrdən istifadə edə edərək qurbanlardan birinin telefonunu tapdıq və uçqun altından beşinci şəxsin cəsədini çıxara bildik" - deyə Bertran Ost bildirib.

Alpinistlərin axtarışına iki helikopter, çoxlu sayda xilasedici və texnika cəlb olunub. /France Bleu/