Qar uçqunu baş verdi - 120-dən çox ölü
    • 15-01-2020, 15:30
    • 879

Qar uçqunu baş verdi - 120-dən çox ölü

Himalay dağlarında qar uçqunu baş verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, son bir neçə gündə ən azı 70 nəfər ölüb. Onlardan 55 nəfər Kəşmir əyalətində, digər 15 nəfər Əfqanıstanda ölüb.

Pakistan Milli Fəlakət İdarəetmə Təşkilatının sözçüsü Vasim Uddin bildirib ki, Nilum Vadisində uçqun nəticəsində 41 nəfər, bölgənin digər yerlərində isə 14 nəfər ölüb.

Bundan əvvəl Kəşmirin Fövqəladə Hallar naziri bölgələrdə fövqəladə vəziyyətin elan etdildiyini açıqlayıb.

Ümumilikdə bazar günündən etibarən iki ölkədə uçqun və qar nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb.