Konqoda təhlükəsizlik işçiləri ilə kəndlilər arasında qarşıdurma - ÇOX SAYDA ÖLÜ VƏ YARALI VAR
    • 10-04-2023, 14:16
    • 116

Konqoda təhlükəsizlik işçiləri ilə kəndlilər arasında qarşıdurma - ÇOX SAYDA ÖLÜ VƏ YARALI VAR

Konqo Demokratik Respublikasının şərqində Virunqa Milli Parkında təhlükəsizlik işçiləri ilə kəndlilər arasında qarşıdurma baş verib.

News24.az xəbər verir ki, baş verən insidentdə 6 nəfər ölüb, 13 nəfər yaralanıb. 

Bölgə komandiri kapitan Antoni Mvaluşay xalqı sakitliyə əməl etməyə səsləyib. 

Qeyd edək ki, UNESCO Ümumdünya İrs siyahısında olan park dağ qorillalarını Covid-19 epidemiyasından qorumaq üçün ziyarətçilər üçün bağlanıb.

Nəsli kəsilməkdə olan dağ qorillaları kimi bir çox vəhşi heyvana ev sahibliyi edən və çox sayda turistin ziyarət etdiyi park qeyri-qanuni ov qruplarının da hədəfidir. /Haber Global/