Azərbaycanın müdafiə nazirinin müavini ABŞ-a səfər edib
    • 10-04-2023, 21:42
    • 211

Azərbaycanın müdafiə nazirinin müavini ABŞ-a səfər edib

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.

Müdafiə Nazirliyindən News24.az-a bildirilib ki, səfər çərçivəsində general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu-generalı Çarlis Braun ilə görüşüb.

Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlüksizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıb.

Görüşdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib.