Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Ankarada Heydər Əliyev Parkını ziyarət edib
    • 5-12-2018, 15:04
    • 1 112

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Ankarada Heydər Əliyev Parkını ziyarət edib

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri Komandanı, general-leytenant Ramiz Tahirov Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüzün dəvəti ilə Ankarada səfərdədir.

Səfər Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərimizin abidəsinin ziyarət olunması ilə başlayıb.
Ümummilli lider Heydər Əliyevin abidəsi önünə Hərbi Hava Qüvvələri adından əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad olunub.
Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - "Anıtqəbir" mavzoleyi ziyarət edilib. Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin adından Atatürkün məzarı önünə əklil qoyulub.
Səfər davam edir.

//AZƏRTAC