-
- 8-02-2019, 16:23
- 1 468
2019-cu ildə hansı ərzaqlar bahalaşdı? – RƏSMİ
2019-cu ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin yanvar ayına nisbətən 1,7 faiz artıb.
Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, bu sırada ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4 faiz bahalaşıb. Məlumatda qedy olunub ki, cari ilin yanvar ayında 2018-ci ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8 faiz ucuzlaşıb. Ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun və mal ətinin, suda bişmiş kolbasanın, balıq məhsullarının, süd məhsullarının, kərə və bitki yağlarının, limonun, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, qozun, fındığın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, çuğundurun, kartofun, soğanın, şəkər və şəkər tozunun, energetik içkilərin, spirtli içkilərin qiymətlərində bahalaşma, toyuq ətinin, yumurtanın, hisə verilmiş, yarım hisə verilmiş kolbasaların, portağalın, şabalıdın, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, minik avtomobilləri və onların ehtiyat hissələrinin, velosipedlərin, paltaryuyan maşınların, soyuducuların, televizorların, planşet tipli kompüterlərin, dəftərxana ləvazimatlarının, kərpicin, nitro və sulu boyaların qiymətlərində bahalaşma, kəsilmiş taxtanın, sementin, yağlı boyaların, mobil telefon və qaz plitələrinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Cari ilin yanvar ayında ötən ilin dekabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən avtomobillərin təmiri, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ölkə daxilində istirahət turlarının qiymətləri bahalaşmış, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb.
Ülkər QASIMOVA