ABŞ-də türk vətəndaşı məscidin imamını bıçaqladı
    • 11-04-2023, 10:37
    • 193

ABŞ-də türk vətəndaşı məscidin imamını bıçaqladı

ABŞ-də türklərin yaşadığı Paterson şəhərində məscidin imamına bıçaqla edilən hücum ölkəni ayağa qaldırıb.

News24.az xəbər verir ki, Ömər məscidinin imamı Seyid Əl-Nəkib aprelin 9-u bazar günü səhər namazını qılarkən səcdədə olan zaman camaat arasında gizlənən hücumçu tərəfindən bıçaqlanıb.

Məscidin təhlükəsizlik kamerası görüntülərində hücum anı qeydə alınıb.

O, daha sonra əlindəki bıçaqla mane olmaq istəyənləri hədələyib və məscidin bayır qapısına qaçmaq istəyərkən insanlar tərəfindən yaxalanıb, polisə təhvil verilib.

Məsciddən bir neçə dəqiqəlik məsafədə yerləşən “Saint Joseph” xəstəxanasında müalicə alan İmam Əl-Nəkibin həyati təhlükəsinin olmadığı bildirilib.

Cinayətdə şübhəli bilinən şəxs ilkin ifadəsində İstanbuldan olduğunu və ABŞ-ə qısa müddət əvvəl gəldiyini deyib.